Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Bunu Ukrayna baş prokuroru Yuri Lutsenko özFacebook səhifəsində yazıb.
Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
"Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib./oxu
İcmal.Az