UNİCEF-in regional direktoru Azərbaycana səfər edəcək

OXUNUB: 577 SİYASƏT

UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Afşan Xan ilk dəfə Azərbaycana səfər edəcək.  

İcmal.Az məlumat verir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, səfər 20-22 noyabr tarixində baş tutacaq. 

A. Xan yüksək vəzifəli dövlət məmurları, ictimaiyyət nümayəndələri və gənclərlə görüşəcək. 

Noyabrın 20-də qonaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF tərəfindən birgə təşkil olunacaq IV Milli Uşaq Forumunun açılışında iştirak edəcək. 

A. Xan uşaqlara qoyulan investisiya, dayanıqlı iqtisadi inkişafa dəstək barədə danışacaq.

İcmal.Az

RƏYLƏR