Uruqvayda su böhranı: hökumət paytaxtda fövqəladə vəziyyət elan ETDİ

OXUNUB: 100 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Uruqvayda su böhranı baş verib. Uruqvay Prezidenti Luis Alberta Lacalle Pou, dünən axşam bəzi hökumət rəsmiləri ilə birgə mətbuat konfransında paytaxt Montevideo bölgəsində su böhranına qarşı bəzi tədbirlər gördüklərini və su təchizatının təmin edildiyini ifadə etdi. Prezident Pou, hökumətin Montevideo metropolitenində su ilə bağlı fövqəladə vəziyyət elan etdiyini və butulkalara qoyulmuş suya vergidən azad edilməsi, San Xose çayından su təchizatı üçün su anbarı və boru kəməri tikmək və pulsuz su paylamasını həyata keçirmək qərarına gəldiyini açıqladı. 

7NEWS.az

RƏYLƏR