Uşaqları xilas etmək istəyəndə həlak oldu - VİDEO - FOTO

OXUNUB: 661 DÜNYA

Taylandın şimalındakı Çianq Ray bölgəsindəki "Tham Luan Nang Non" mağaralarında qalmış uşaqların və məşqçinin xilas edilməsi ilə bağlı əməliyyatlar zamanı zabit Samarn Kunan həlak olub.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, Tayland Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı döyüş dalğıcları (SEAL) birləşməsinin kapitanı, 38 yaşlı Samarn Kunan mağaradakı üçüncü kameradan oksigen balonlarını 12 uşağın və baş məşqçinin olduğu yerə aparırdı. O, geri qayıdanda huşunu itirib. Kunanın reanimasiyası cəhdləri uğur verməyib. Dalğıc dünən gecə, yerli vaxtla 1 radələrində keçinib.

İyunun 23-də Çianq Raydakı Milli Parkın əməkdaşları mağaranın girişində motosikl və velosipedlər, habelə idman inventarı görüblər. Onlar yerli "Qabanlar" idman klubu ilə əlaqə saxlayanda bəlli olub ki, tapılan əşyalar komandanın üzvləri olan 11-16 yaşlı oğlanlara, habelə onların 25 yaşlı məşqçisi Ekkapol Çantovonqa məxsusdur.

Leysan yağışları nəticəsində girişini su basmış mağaralar sisteminin uzunluğu 10 kilometrdir. Sistemdə böyük və hündür mağaralar da var.

 

Tayland kralı Maha Vaçiralonqkorn (Rama X) polisləri, hərbçiləri və xilasediciləri mağarada qalmış uşaqları mümkün qədər tez xilas etməyə çağırıb.

İcmal.Az

Uşaqları xilas etmək istəyəndə həlak oldu

Uşaqları xilas etmək istəyəndə həlak oldu - VİDEO - FOTO

Uşaqları xilas etmək istəyəndə həlak oldu - VİDEO - FOTO

Uşaqları xilas etmək istəyəndə həlak oldu - VİDEO - FOTO

RƏYLƏR