Vaşinqtonda Türkiyəyə toplanan yardım 100 tonu keçib

OXUNUB: 201 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fevralın 6-da Kahramanmaraşda baş verən və ətraf vilayətlərdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə yardımlar axır. Türkiyənin Vaşinqtondakı səfirliyində 3 gün əvvəl başlayan yardım kampaniyasına amerikalılarla yanaşı digər millətlərin nümayəndələri də böyük iştirak edib. Zəlzələdən zərər çəkənlər üçün səfirliyə gətirilən qış geyimləri, ərzaq və digər yardım materialları qablaşdırılıb, daha sonra yük maşınlarına yüklənib və Türk Hava Yollarının təyyarəsinə yüklənmək üçün hava limanına göndərilib. Səfirlikdən alınan məlumata görə, toplanan yardım 100 tonu ötüb. Yardım kampaniyasında digər ölkələrin Vaşinqtondakı diplomatik nümayəndəlikləri də iştirak edib.

7NEWS.az

RƏYLƏR