Vergilər Nazirliyində kadr dəyişiklikləri — Yeni təyinatlar

OXUNUB: 1271 GÜNDƏM İQTİSADİYYAT

Vergilər Nazirliyində yenidən kadr dəyişiklikləri baş verib.

ICMAL.az xəbər verir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədov Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə keçirilib. Onun yerinə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov təyin edilib.

Bundan başqa Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov isə nazirliyin Daxili təhlükəsizlik departamentinin baş direktorunun müavini vəzifəsinə keçirilib.

Eyni zamanda Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru Sərxan Məmmədov da vəzifəsindən uzaqlaşdırılıb. Belə ki, o, nazirliyin 3 saylı Ərazi Vergilər İdarəsinin direktoru vəzifəsinə təyinat alıb. 

3 saylı ƏVİ-nin direktoru Səməd Vəliyev isə Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.

RƏYLƏR