“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin açılış mərasimi keçirilib.

OXUNUB: 766 SOSİAL
"Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin açılış mərasimi keçirilib. 
Açılış mərasimində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, "7NEWS”.az saytının rəhbəri, ASGA-nın sədri Səbuhi Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və layihəyə qatılan jurnalistlər iştirak ediblər. 
Açılış mərasimi  PXTİB və "Loqos” un fəaliyyətini özündə ehtiva edən videoçarxın nümayişi ilə start götürüb. 
Daha sonra tədbiri açıq elan edən Milli Ensiklopediyanın direktor müavini  Vaqif Bəhmənli  layihə haqqında geniş təqdimat edib.
Çıxış edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova  layihənin məqsədi və ideyası haqqında məlumat verib.
Daha sonra  "Loqos”un Mətbuat və Nəşrlər şöbəsinin rəhbəri Gülgün Quliyeva Mərkəzin dörd illik fəaliyyəti, qazanılan uğurlar barədə təqdimat edib. 
Çıxış edən qonaqlar Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "7NEWS”.az saytının rəhbəri Səbuhi Abbasov "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin psixoloji maarifləndirmə istiqamətində və psixoloji mövzunu qələmə alacaq jurnalist kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini vurğuladılar.
Layihənin rəsmi açılış mərasimindən sonra layihə iştirakçısı olan jurnalistlər üçün "İnsan psixologiyası, mənəviyyat və mətbuat” mövzsunda təlim keçirilib. Təlimin media hissəsini Milli Ensiklopediyanın direktor müavini  Vaqif Bəhmənli , psixologiya hissəsini   psixologiya üzrə fəlsəfə doktoru, "Loqos” un baş psixoloqu  Elmira Mirzəyeva məlumat verib. 
 






İcmal.Az

RƏYLƏR