"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir - İDDİA- FOTOFAKT

OXUNUB: 578 Özəl GÜNDƏM İQTİSADİYYAT
Sosial şəbəkələrdə paylaşım edən narazı vətəndaş "Veysəloğlu" şirkətinin istehsalı olan şirniyyat məhsulunun fotolarını paylaşaraq aşağıdakıları yazır:


"Gördüyünüz kimi, "Rafaello"ya bənzəyən bu şirniyyatmı deyim, qida məhsulumu deyim... bilmirəm. İçindən hərəkət halında olan qurd çıxıb. Birindən yox, bir neçəsindən çıxdı.

Halal zəhmətlə, min bir əziyyətlə pul qazanıb süfrəmizə qida alırıq... o da belə olur. Bu vəziyyətdə nə etmək olar? İstehlakçıların hüququ və antiinhisar xidməti işləyir?"

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq./dia

RƏYLƏR