"vivo" Almaniyada telefon satışını dayandırır

OXUNUB: 116 Özəl DÜNYA
Son zamanlar Türkiyəyə investisiyalarını artıran Çinli telefon istehsalçısı "vivo", yeni bazarlara yol açarkən bəzi bazarlarda geri addım atır.

7NEWS.az xəbər verir ki, Çin telefon istehsalçısının tədricən uzaqlaşdığı bu bazarların başında Avropa ölkələri gəlir. Xatırlayırsınızsa, aprel ayında Almaniyada məhkəmə "vivo" və "Nokia" arasında davam edən məhkəmə çəkişməsində "Nokia"nı haqlı hesab etdi və bu, Almaniyada "vivo" telefonlarının satışının qadağan edilməsi ehtimalını ortaya qoydu. Həmin vaxt edilən açıqlamada Çinli telefon istehsalçısının bu qərara etiraz edəcəyi bildirilib. Bununla belə, şirkət bu həftə sürpriz qərara imza atdığı üçün apellyasiya məhkəməsindən çox da ümidli olmamalıdır. Şirkətin Almaniyadakı onlayn mağazası qəfil qərarla bağlanıb. Beləliklə, Almaniyadakı istifadəçilərin şirkətin məhsullarından birini rəsmi kanallar vasitəsilə əldə etmələrinin yolu bağlanıb.


7NEWS.az

RƏYLƏR