Vüqar Səfərlinin bu mülklərinə həbs qoyuldu – SİYAHI

OXUNUB: 490 GÜNDƏM HADİSƏ
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılır.

Musavat.com Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının siyahısını əldə edib.

Məlunata görə, Vüqar Səfərlinin "Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev

- "Mercedens Benz ML 350”, "Wolksvagen Tuareg” və "Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. 

RƏYLƏR