Vüsal Quliyev: "Son 10 ildə korrupsiyaya qarşı mübarizədə QHT-lər fəallıq nümayiş etdirib"

OXUNUB: 131 GÜNDƏM SOSİAL
"Son 10 ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizədə QHT-lər kifayət qədər fəallıq nümayiş etdiriblər".

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" dəyirmi masasında deyib.

O bildirib ki, QHT-lər digər təsisatlarla birgə bu prosesi fəal təşkil edirlər: "Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman ictimai nəzarətin gücləndirilməsinə toxunur. Biz hazırda ictimai nəzarət mexanizminin institusional hal alması üçün təkliflər üzərində düşünməliyik. Hesab edirəm, bizdən gözlənti də budur".

RƏYLƏR