Vyetnamda temperatur rekordu 44,1 dərəcə ilə yenilənib

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rekord ölkənin şimalındakı Thanh Hoa bölgəsində yenilənib, səlahiyyətlilər ictimaiyyətə günün ən isti saatlarında evdən çıxmamaq barədə xəbərdarlıq edib. Regionun digər ölkələrində də çox yüksək temperatur müşahidə olunub. Taylandın qərbindəki Mak bölgəsində temperatur 44,6 dərəcə Selsi ilə əvvəlki rekorda bərabər olub. Myanma mətbuatının məlumatına görə, son 10 ilin ən yüksək temperaturu ölkənin şərqindəki bir qəsəbədə 43,8 dərəcə ilə müşahidə olunub.

7NEWS.az

RƏYLƏR