Xalq artisti səhhətindən danışdı: “20 gün əvvəl əməliyyat olunmuşam” - AÇIQLAMA

OXUNUB: 277 MƏDƏNİYYƏT

Xalq artisti Mübariz Tağıyevin səhhətinin qəfil pisləşdiyi və bağırsağından əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı İcmal.az saytının əməkdaşı Xalq artisti ilə əlaqə yaradıb.

72 yaşlı M.Tağıyev hazırda səhhətinin yaxşı olduğunu bildirib:

"İndi yox, 20 gün əvvəl özəl klinikada cərrahi əməliyyat keçirmişəm. Ciddi bir şey deyil. Kor bağırsağımdan əməliyyat olundum. Hazırda özümü normal hiss edirəm. Müalicəmi evdə davam etdirirəm”.

Xalq artistinin səhhətinin pisləşməsi ilə bağlı ilk məlumatı Ölkə.az saytı yayıb.

RƏYLƏR