"Xavi mənim düşmənimdi" - Poçettino

OXUNUB: 1925 MÜSAHİBƏ KÖŞƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İQTİSADİYYAT
"Barselona"nın əfsanə isimlərindən olan Xavinin ingilis mətbuatında dərc olunan "Tottenhem"in ulduzlarından olan Delle Allini Pep Qvardiola yaxından izləyir. Onu "Mançester Siti"yə transfer edə bilər" fikirlərinə "Tottenhem"in baş məşqçisi Maurisiy Poçettino sərt reaksiya verib. 

Sport7.az xəbər verir ki, Poçettino "Xavi "Barselona"nın futbolçusu idi. O mənim düşmənimdi. Bəlkə də "Mançester Siti" üçün çalışır və ona yardım etməyə cəhd göstərir" sözlərini söyləyib. 

"Barselona"nın əzəli rəqibi "Espanyol"da baş məşqçi və futbolçu kimi çıxış etdiyini xatırladan argentinalı mütəxəssis "Xatırlayıram, bir dəfə heç kim ona toxunmadığı halda özünü yerə atıb penalti qazanmışdı. Zlatan İbrahimoviç də penaltidən qol vuraraq "Barselona"ya qələbə gətirmişdi. Xavi, bir yalandan digərinə davam edir".

Sport7.az 

RƏYLƏR