XƏBƏRDARLIQ: Bir neçə saata Bakı qatı toz dumana bürünəcək (VİDEO)

OXUNUB: 969 HADİSƏ
ETSN: "Sürücülər gecə saatlarında yola çıxarkən ehtiyatlı olsunlar"

Bir neçə saatdan sonra Bakı və Abşeron yarımadası toz dumana qərq olacaq.

Bu barədə Real TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq departamentinin direktor müavini Mətanət Avazlı deyib.

O bildirib ki, axşam saatlarında yaranan toz dumanı ötən dəfə olduğu kimi Ərəbistan yarımadasından gələcək.

Lakin bu dəfə Bakı və Abşeron yarımadasını daha qatı toz dumanı bürüyəcək.

Mətanət Avazlı qeyd edib ki, sürücülər gecə saatlarında yola çıxarkən ehtiyatlı olsunlar.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

İcmal.Az

RƏYLƏR