Xəzər sahilini çirkləndirən cərimələndi

OXUNUB: 466 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən İcmal.Az-a verilən məlumata görə, tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib və ərazidəki tullantılar Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib.

İcmal.Az

RƏYLƏR