XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR

OXUNUB: 1064 Özəl QHT SOSİAL
50-dən artıq komanda arasında təşkil olunan Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XII Çağırış Kubokunun final mərhələsinə yekun vurulub. 

Seçim turları Gəncə, Quba və Bakı şəhərlərini əhatə edən yarış Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə baş tutub. 

Seçim turunda müxtəlif ali məktəblərin tələbələrindən ibarət komandalar final uğrunda yarışıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən 33 komanda final oyununa vəsiqə qazanmışdır.

XII Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır. Layihənin final mərəsimində müxtəlif ali təhsil ocaqlarından və regionlardan ibarət 30 komanda mübarizəyə qatılmışdır. Keçirilən Nə? Harada? Nə zaman? və Breyn rinq oynunun ümumi nəticəsinə görə  III yerin sahibi "Queentett”, II yerə "Nirvana +”, gərgin mübarizədən sonra I yerə "D generation” komandası layiq görülmüşdür. Qaliblər təşkilat tərəfindən kubok, medal, sertifikat və dəyərli hədiyyələr ilə mükafatlandırılmışdır.

Turnirlə bağlı bütün suallara cavabları klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

Fotoları təqdim edirik:
 
WhatsApp Image 2023 03 29 at 16.54.16 5
WhatsApp Image 2023 03 29 at 16.54.16 6
WhatsApp Image 2023 03 29 at 16.54.16 1

RƏYLƏR