XİN: Bakı Yerevanla substantiv danışıqlara hazırdır

OXUNUB: 667 SİYASƏT

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır.

Bu sözləri Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında tezliklə görüş keçirilə biləcəyi barədə açıqlamasını İcmal.Az-a şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır:

"Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək”.

İcmal.Az

RƏYLƏR