“Yalansa sənin üzünə lənət, Əli Kərimli!” - MÜNASİBƏT BİLDİRİLDİ

OXUNUB: 793 GÜNDƏM SİYASƏT
"AXCP sədri Əli Kərimlinin Navalnı ilə Qubad İbadoğlu və Tofiq Yaqublu arasında müqayisə aparması ilk növbədə onun riyakarlığının, siyasi korluğunun, əbləhliyinin göstəricisidir. Eyni zamanda bu adamın – təbii, əgər adam demək mümkünsə - nə qədər qeyri-səmimi olmasının sübutudur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Deputat sözlərinə belə davam edib: "Navalnıy vəfat edib deyə onun haqda olan düşüncələrimi tam təfsilatı ilə bölüşməyəcəm. Amma Qubad və Tofiq gözümüzün qarşısındadır axı. Üstəlik, kəramətlərinə, ağıllarına, şəxsiyyətlərinə də bələdik. Və onu da bilirik ki, bunlar vətən satmaq üçün növbə gözləyən, xarici kəşfiyyatların oyuncağına çevirilmək üçün özlərini oyuncaq zavodunun məsul şəxslərinə ucuz qiymətə təklif edən, sata-sata gəlib, bata-bata gedən namərdlərdir. Belələrini necə kimləsə müqayisə etmək olar? Hələm-hələm Navalnıy ilə?

Əli Kərimli elə danışır, sanki Qubad da, Tofiq da, "abzasçı”lar da məsum cocuklardır. Yalansa! Yalansa sənin üzünə lənət, Əli Kərimli! Bilirsənmi niyə lənət? Çünki Qubadın hansı dairələrə satıldığını, jurnalistikaya ümumiyyətlə aidiyyatı olmayan "abzasçı”ların hansı pulların müqabilində qəfil hərəkətə keçdiyini hər kəsdən qabaq sən bilmisən, ay yaramaz. Bilmisən və susmusan. Amma indi bu səssizlikdən, bu vicdansızlıqdan, bu məsuliyyətsizlikdən dolayı utanmaq əvəzinə oturub nağıl danışırsan. Dövlət və millət əleyhinə iş aparanları ifşa etmək əvəzinə, onların vəkilliyi ilə məşğulsan.

Quldurbaşı! Vətən xaini. Satqın gədə. Partiya sədri qiyafəsində hər sarsaq, hər şərəfsiz oyundan çıxan buqələmun! Öz ambisiyasını, hikkəsini reallaşdırmaq üçün hər cür ləyaqətsizliyə imza atmağa hazır olan yaramaz! Növbə sənə də gələcək. Heç darıxma. Çünki Qubadın, Tofiqin, "abzasçı”ların başqa bir tayı da özünsən....”.

RƏYLƏR