Yaponiya axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib

OXUNUB: 120 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra müxtəlif ölkələrdən axtarış-xilasetmə qrupları bölgəyə gəlməyə başlayıb. Nəhayət, Yaponiya hökumətinin sifarişi ilə 18 nəfərlik axtarış-xilasetmə qrupu Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə saat 06.20-də Tokiodan İstanbula çatıb. İstanbul Hava Limanında mətbuata açıqlama verən Yaponiya Axtarış və Xilasetmə Qrupunun rəhbəri Hideaki Yamamoto, "Yaponiya hökuməti və yapon xalqı türk xalqının yanındadır. Komanda olaraq zəlzələ bölgələrində əlimizdən gələni edəcəyik” dedi.

7NEWS.az

RƏYLƏR