Yaponiya NATO-da daimi nümayəndəlik açır

OXUNUB: 113 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmağa qərar verdiyini açıqlayıb. 

NATO-nun baş katibi Yens Stoltenberq və Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün sessiyalarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər. 

Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib. Yaponiya naziri Hayaşi vurğulayıb ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir. 

7NEWS.az

RƏYLƏR