Yaponiya Tayvan boğazı yaxınlığındakı adaya Patriot raketləri yerləşdirdi

OXUNUB: 114 Özəl DÜNYA
Yaponiya Patriot (PAC-3) raketlərini ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasına yerləşdirib.

7NEWS.az xəbər verir ki, Yaponiyada Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu bildirib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) Okinava ada əyalətindəki Miyako adasına Patriot raketləri yerləşdirib. Matsuno bildirib ki, yerləşdirilən raketlər milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəf alacaq.

7NEWS.az

RƏYLƏR