Yaponiya təbiətin qəzəbinə gəldi: 140 ölü - YENİLƏNİB

OXUNUB: 539 DÜNYA

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

İcmal.Az-ın verdiyi xəbərə görə, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara  75 min nəfər cəlb edilib.

19:31 (9 iyul)

Leysan yağışlardan sonra meydana gələn torpaq sürüşməsi və selin nəticəsində Yaponiyada ölənlərin sayı 126 nəfərə çatıb.

İcmal.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, 60-dan çox insan itkin düşmüş sayılır.

Xatırladaq ki, cümə günündən başlayaraq Yaponiyanın mərkəzi və cənub-qərb bölgələrinə aramsız yağışlar yağır. 

Qifu, Exime, Kioto, Xirosima və Okayama prefekturalarında vəziyyət daha acınacaqlıdır.

İcmal.Az

RƏYLƏR