Yaponiyada 10 şəxsi daşıyan hərbi helikopter itib

OXUNUB: 120 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın Quru Özünümüdafiə Qüvvələrinə məxsus, içərisində 10 nəfər olan hərbi helikopter Okinava əyaləti sahillərində radarlardan itib.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Okinava əyalətinin cənub-qərbindəki Miyakojima adasından 18 kilometr cənub-qərbdə, yerli vaxtla saat 16.30 radələrində Quru Özünümüdafiə Qüvvələrinə (GSDF) aid hərbi helikopter radarlardan itib.

GSDF-nin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus UH-60JA tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki və 6 şəxsi heyət olub.

7NEWS.az

RƏYLƏR