Yaponiyada 6,5 bal gücündə zəlzələ baş verib

OXUNUB: 143 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Yaponiyada bu gün 6,5 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyindən (JMA) əldə edilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:42-də İşikava əyalətinin sahillərində baş verib. Zəlzələnin yerin 10 kilometr dərinliyində qeydə alındığı bildirilib və başda Niiqata, Toyama, Fukui və Fukusima əyalətlərində başda olmaqla bir çox bölgədə hiss olunduğu açıqlanıb. Sunami təhlükəsinin olmadığı bildirilib. JMA, sahil bölgələrində dəniz səviyyəsində dəyişikliklərin baş verə biləcəyi barədə xəbərdarlıq etdi.

7NEWS.az

RƏYLƏR