Yaponiyada çay bəndi uçub, evləri və avtomobilləri su basıb

OXUNUB: 122 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın müxtəlif bölgələrində ötən gecədən etibarən təsirli olan leysan yağışlar Hyoqo əyalətinin Itami şəhərində çay kənarındakı bəndin çökməsinə səbəb olub. Şəhər administrasiyasından əldə edilən məlumata görə, Tenjin çayının sahilində yerləşən və üzərində bir müddətdir bərkitmə işləri aparılan bənd suyun səviyyəsinin gecə yarısından dərhal sonra qalxmasından sonra uçub. Hadisədən sonra çayın yaxınlığındakı Aramaki bölgəsində sel baş verib, 10-a yaxın ev və çoxlu avtomobillər su altında qalıb. Yerli vaxtla saat 01:55 radələrində 828 evdə 2088 nəfərə təxliyə xəbərdarlığı edilib.

7NEWS.az

RƏYLƏR