Yaponiyada leysan: Ölənlər və itkin düşənlər var

OXUNUB: 586 DÜNYA

Yaponiyada davam edən leysan yağışları nəticəsində azı 38 nəfər itkin düşüb. Bu barədə NHK telekanalı məlumat yayıb.

İcmal.Az TASS-a istinadən xəbər verir ki, leysan yağışları, daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin 15-ə çatıb.

Ölkənin müxtəlif prefekturalarında ümumilikdə 0,5 milyon insana təxliyyə olunmaq tövsiyə edilib.

Onların yarısından çoxu Kioto prefekturasının sakinləridir. Orada çayların suyunun səviyyəsi böhran həddinə yüksəlib.

Yaponiya hökuməti yanında təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərini əlaqələndirən və informasiya toplayan qərargah yaradılıb. Bundan başqa, ölkənin bəzi yerlərində bu işlərə Özünümüdafiə Qüvvələrinin döyüşçüləri cəlb edilib.

İcmal.Az

RƏYLƏR