Yaponiyada sekta rəhbəri edam edildi - FOTO

OXUNUB: 594 DÜNYA

"Aum Sinrike” totalitar sektasının yaradıcısı Seko Asaxara edam edilib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Yaponiyanın NHK telekanalı məlumat yayıb. 

Son vaxtlar 63 yaşlı Asaxara demensiyadan əziyyət çəkirdi. Sektanın sabiq "müdafiə naziri” və digər liderləri də edam olunub. Qeyd edilib ki, onlar hamısı dar ağacından asılıb. 

Ədliyyə naziri Yeko Kamikava edam faktını təsdiqləyib.

Asaraxanın əsl adı Tidzuo Matsumotodur. O, öz sektasını 1987-ci ildə yaradıb. Sektanın 50 min nəfər üzvü olub və onlardan 20 faizi keçmiş SSRİ vətəndaşları idi.


İcmal.Az

RƏYLƏR