Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ baş verib

OXUNUB: 155 Özəl DÜNYA

Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Okinava adasının şərq sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 16:59-da və 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə "nəhəng dalğa” xəbərdarlığı olmayıb. Zəlzələnin Okinavanın Naqo, Uruma və Nanco şəhərlərində və qonşu Kaqoşima əyalətində hiss edildiyi qeyd edilib.

7NEWS.az

RƏYLƏR