Yaşlı insana yer tələb edən gənc döyüldü - FOTO

OXUNUB: 559 HADİSƏ
Türkiyənin İzmit şəhərində ictimai nəqliyyatda sərnişinlərdən yaşlı insanlara yer vermələrini tələb edən gənc döyülüb.

Yerini avtobusa minən yaşlı cütlüyün qadın üzvünə verən gənc həmyaşıdlarını qoca kişiyə yer verməyə səsləyib. Amma onun çağırışını nəzərə alan olmayıb.
 

Təkrar çağırışı zamanı avtobusdakı D.A adlı şəxs gəncə hücum edərək dodağını yumuruq zərbəsi ilə partladıb. Avtobusdakılar gəncləri ayırmağa çalışıblar. Hadisə yerinə polis çağırılıb. Gənclərin ilkin ifadəsi alınaraq sərbəst buraxılıblar.Yaşlı insana yer tələb edən gənc döyüldü - FOTO

Avtobusdakı yaşlı insanlar döyülən gəncə dəstək olublar və qoca qadına yer verdiyi üçün ona təşəkkür ediblər./Teleqraf.com
 
 
İcmal.Az

RƏYLƏR