Yeganə övladını itirən Zöhrə Abdullayeva TANINMAZ HALDA - FOTO

OXUNUB: 984 ŞOU-BİZNES
"Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər?”.

Bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl oğlunu itirən əməkdar artist Zöhrə Abdullayevadan bəhs edib:

"Bir aya 10 kiloqram itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? "Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim. Allah rəhmət eləsin, səbr versindən savayı...”.

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib./axşam

Yeganə övladını itirən Zöhrə Abdullayeva TANINMAZ HALDA - FOTO
 

İcmal.Az

RƏYLƏR