Yelo Bank-ın daxili futbol çempionatının finalı baş tutub

OXUNUB: 1044 Özəl SOSİAL İQTİSADİYYAT BANK
 
Yelo Bank-ın əməkdaşları üçün təşkil etdiyi "OLEY Cup” futbol çempionatının ikinci mövsümü yekunlaşıb. Builki çempionatda Bakı və region filiallarını təmsil edən 14 komanda birincilik uğrunda mübarizə aparıb. Bol adrenalinli, son saniyələrdə qələbə qollarının vurulduğu, möhtəşəm rekordlarla yaddaqalan 50 oyunun sonunda mükafatçılar müəyyənləşdirilib.
 
Belə ki, III yer uğrunda Bankın "Mərdəkan” və "Union Team” komandaları qarşı-qarşıya gəlib və maraqlı oyun Mərdəkan komandasının qələbəsi ilə başa çatıb. Sonra isə "Qaradağ” və "Elmlər” komandaları çempionun kimliyinə aydınlıq gətirmək üçün meydana daxil olublar. Gərgin və maraqlı keçən final oyununun sonunda "Qaradağ” komandası 4:2 hesabı ilə qalib gəlib və "OLEY Cup 2023" futbol turnirinin çempionu olub. Qaliblərə kubok, medallar və pul mükafatı təqdim edilib.
 
Qeyd edək ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. İkinci dəfə keçirilmiş "OLEY Cup” futbol turniri növbəti illərdə də təşkil olunacaq. 
 
Kredit təkliflərimiz (https://www.yelo.az/az/individuals/loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR