Yelo Bank RFID layihəsi üzrə Texniki Tender elan edir

OXUNUB: 12 Özəl İQTİSADİYYAT BANK
"Yelo Bank” ASC "RFID əsaslı İnventarların Çiplənməsi və İdarəetmə Sistemi Layihəsi"nin satın alınması üzrə Texniki Tender elan edir.

Tender şərtləri:

•    Bu mərhələdə yalnız texniki təkliflər qəbul olunur (maliyyə/qiymət təklifi tələb edilmir).
•    Sifarişçinin tələblərinə cavab verən texniki təkliflər seçiləcək və həmin iştirakçılar növbəti Maliyyə Tenderinə dəvət ediləcəkdir.

İştirakçılara olan əsas tələblər:

•    Müvafiq sahədə iş təcrübəsi, texniki, maliyyə və kadr imkanlarının olması;
•    Vergi və icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;
•    Fəaliyyət üçün müvafiq lisenziya və ya icazələrin olması;
•    Müflis elan olunmaması və əmlakı üzərində məhdudiyyətin bulunmaması.

Texniki təkliflər 12 avqust 2026-cı il, saat 17:00-dək e-poçt vasitəsilə aşağıdakı kontaktlara təqdim edilməlidir:

Kimə: Turan Sadıqov ([email protected] | +994 55 206 13 49)
CC: Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27)

Tender haqqında daha ətraflı və dəvət məktubu üçün: https://ylb.az/4hMoafP. Həmçinin yaranmış suallar ilə bağlı Turan Sadıqov ([email protected] | +994 55 206 13 49) Rəşad Şükürov ([email protected] | +994 55 670 00 27) əlaqə saxlaya bilərsiniz.

Bank xidmətləri ilə, eləcə də depozit faizleri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR