Yelo Bank UFAZ tələbələrinə master-klas keçdi

OXUNUB: 869 Özəl SOSİAL BANK
 
Yelo Bank gənclərin təhsil və peşəkar inkişafı üçün təşəbbüskar layihələrini davam etdirir. Bu istiqamətdə ötən gün UFAZ (French-Azerbaijani University)-da təhsil alan tələbələrə Bankın İnsan Kapitalı departamentinin rəhbəri Nigar İbadzadə tərəfindən master-klas təşkil edildi. 
 
Bu interaktiv master-klasda Nigar İbadzadə həm peşəkar, həm də şəxsi həyatımıza təsir eden enerjinin 7 səviyyəsi haqqında ətraflı məlumat verdi. İştirakçılar uğur üçün bu enerji səviyyələrinin düzgün idarəolunması haqqında dəyərli tövsiyələr aldılar. Onlar özlərinin ən yüksək potensialını kəşf etmək və fəaliyyətlərini gücləndirmək üçün nəzərdə tutulmuş praktik məşğələlərdə iştirak etdilər.


 
Gənclərin fəal dəstəkçisi kimi Yelo Bank ölkənin aparıcı universitetləri ilə aktiv əməkdaşlıq edir. Bank uğurlu karyera yoluda gənclərə mayak rolunu oynayır, şəxsi və peşəkar inkişafa töhfə verən layihələri mütəmadi olaraq həyata keçirir. Bu cür layihələrdən xəbərdar olmaq üçün Yelo Bank və Yelo Team səhifələrini izləməyə almağı unutmayın.

Depozit faizleri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

 

RƏYLƏR