Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi başlayıb

OXUNUB: 195 Özəl DÜNYA
Yəmən hökuməti ilə İranın dəstəklədiyi husilər arasında əsir mübadiləsinin başladığı açıqlanıb. 

7NEWS.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sözçüsü Adnan Huzam İsveçrədə əldə olunan razılaşmaya əsasən, Yəmən hökuməti ilə husilər arasında qarşılıqlı məhbus mübadiləsi əməliyyatına başlanıldığını bildirib. 

Məhkumların ailələrinə qovuşmasının sevindirici olduğunu qeyd edən Huzam, bunun Yəməndə münaqişə edən tərəflər arasında əlaqələrin qurulmasında mühüm addım olduğunu da bildirib. 

Huzam bu cür addımlar sayəsində daha çox məhbus mübadiləsini arzuladığını bildirib. 

7NEWS.az

RƏYLƏR