Yeni Zelandiyada Çin restoranlarına balta ilə hücum edilib

OXUNUB: 116 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yeni Zelandiyanın Oklend şəhərində bir şəxs 3 fərqli Çin restoranına girərək balta ilə insanlara hücum edib. Dünən yerli vaxtla saat 21.00 radələrində baş verən hücumda 4 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya aparılan yaralılardan birinin müalicəsi başa çatdıqdan sonra evə buraxıldığı, 3 nəfərin vəziyyətinin stabil olduğu öyrənilib. Polisdən verilən açıqlamada, Çin vətəndaşı olan 24 yaşlı təcavüzkarın qəsdən xəsarət yetirmək ittihamı ilə nəzarətə alındığı və bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilib. Hücumun səbəbi hələlik açıqlanmayıb.

7NEWS.az

RƏYLƏR