Yerevanda Paşinyanın iqamətgahı qarşısında intihara cəhd

OXUNUB: 522 DÜNYA

Yerevanda kişi Ermənistan baş naziri Nikol Paşinyanın Baqramyan prospekti 26-da yerləşən iqamətgahı qarşısında intihara cəhd edib. 

İcmal.Az erməni KİV-ə istinadla xəbər verir ki, kişi üzərinə benzin töküb və özünü yandıracağı ilə hədələyib, ancaq polis əməkdaşları ona bunu reallaşdırmağa imkan verməyib. 

Məlum olub ki, 37 yaşlı Yerevan sakininin şəxsi mənzil hüququ ilə bağlı problemi var. 

Hazırda hadisə yerində təcili yardım və hüquq mühafizə orqanlarının əməkdaşları işləyir.

İcmal.Az

RƏYLƏR