Yevlax ağsaqqallarından prezidentə müraciət: Anar Tağıyev vətəndaşların son ümidini də qırır

OXUNUB: 885 Özəl GÜNDƏM
7NEWS.az saytının redaksiyasına Yevlax şəhər ağsaqqalarından müraciət daxil olub. Mürciəti olduğu kimi təqdim edirik:  
 
Möhtərəm Cənab Prezident!
Yevlax şəhər sakinləri, ağsaqqaları olaraq biz artıq ümid yerini məhz Sizdə görüb bu məktubu ünvanlayırıq.
Mən özüm şahidəm ki, əvvəlki İcra Başçısı ayda iki dəfə sakinləri böyük hörmətlə qəbul edər,axıra qədər səbrlə dinləyər və heç vaxt onları ümidsiz geri qaytarmazdı. İnsanlar ona hörmət edər, haqqında ürək dolusu danışardılar... Bəzən elə olurdu ki,imkansız köməksiz insanlara əlavə olaraq öz cibindən hörmət edərdi. Mən bunu bir neçə dəfə görmüşəm. Hətta sevincdən göz yaşları axıdan insanların qəmli baxışları indidə yadımdadır.Yevlax sakinləri özlərini güvəncli, arxalı, inamlı hiss edər, arxalarında dövlətin dayandığının fərqində olardılar. İcra Başçısının sözünün əvvəli-axırı olardı, sözü heç oynatmaz, havayı buraxmazdı. İnsanların gözünün içinə dik baxardı. Amma çox təəssüf ki, indiki İcra Başçısı Anar Tağıyev belə deyil. O, İcra Başçısı gələndən bir müddət sonra qəbul vaxtlarını ayda iki dəfə deyil bir dəfə keçirdi.Və çox vaxt da, bu qəbulları müavinlərinə tapşırırdı. Beləliklə də İcra Başçısı ilə əhali arasında istər-istəməz böyük uçurum yaranır. Bu uçurum getdikcə dərinləşməyə başlayırdı.Təbii ki, buda öz mənfi təsirini göstərirdi. Əgər birinci halda,insanların İcra Başçısının simasında dövlətə olan inamı azaldırsa, ikinci halda dövlətin qanunlarına, "Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin qaydalarına hörmətsizlik və sayğısızlıq yaradırdı. Məlumdur ki,hər bir rayon İcra Hakimiyyəti vətəndaşların hüquq və azadlıqlarını qanuni mənafeələrinin müdafiəsi,müvafiq ərazisinin əhalisinin maddi rifah halının yaxşılaşdırılması, sosial həyat tərzinin yüksəldilməsinə nail olması,aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qalmalıdır.Amma təəssüf ki, cənab Anar Tağıyev və özü ilə Yevlax şəhərinə gətirdiyi komandasının üzviləri Şahmalı Cavadov və bir neçə Yevlax rayon sakinləri olmayan məmurlar nəinki belə etmir, hətta çox çətinliklə də olsa qəbula düşən vətəndaşların son ümidini də qırır. Böyük inamla İcra Hakimiyyətinə üz tutan, yardım istəyən, xəstəlikləri üçün müəyyən kömək edilməsini xahiş edən, problemlərinin, müraciətlərinin həllinə çalışan imkansız insanlar əliboş qaytardılar. İcra Başçısının " Bizim elə bir büdcəmiz yoxdur ki, pul yardımı edək.” cavabı onların bütün inamını öldürüb ümidini qırır. İnsan inamını öldürmək onu öldürməyə bərabərdir. Bəs bu arxasız,kimsəsiz İkinci Qarabağ Müharibəsi iştirakçıları olan Qazilərimizin problemləri ilə kim məşğul olmalıdır? Kim həll etməlidir? Onların qayğısına kim qalmalıdır? Kim? Cənab Prezidentmi? Xeyir! "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə” və digər sənədlərdə göstərilir ki,müvafiq ərazi-inzibati vahidində müvafiq İcra Hakimiyyəti orqanları və tabeliyində idarə müəssisə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə istəklərini bildirmək,təkliflər vermək,ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün xüsusi qayğı göstərib zəruri şərait yaradırlar. Cənab Prezident hər dəfə dönə-dönə vurğulayır ki, hər bir dövlət məmuru, hər bir vəzifəli şəxs vətəndaşlara hörmətlə yanaşmalı, onlara qayğı göstərməli, arzu və istəklərinə həssaslıq nümayiş etdirməldir. Bəli, Cənab Prezident həmişə hər zaman vətəndaşlarımızın, imkansız insanlarımızın, ehtiyacı olan adamlarımızın maddi-rifah halının yüksəldilməsini və yaşayış tərzinin daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.  Amma O, gəlib hansısa bir İcra başçısının əvəzinə işləyə bilməz. Bunun üçün o,inanıb seçdiyi adamları bu vəzifəyə göndərir, onlara böyük etimad göstərir. Yetər ki,o adam Vətənini, Xalqını, Millətini, Torpağını sevsin. Sevgisiz heç nə mümkün deyil. Sevgi olmayanda nifrət yaranır. Biganəlik, loyallıq, etinasızlıq, liberallıq hökm sürür.
Yevlax rayon İcra Hakimiyyəti başçısı aparatının, cənab Anar Tağıyevin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əzizova Elnarə Qərib qızı şöbəsində də neqativ hallar uzun müddət hüquq müdafiə orqanlarının diqqətini cəlb etmişdir. Təhsil şöbəsində vəzifələr bir əllə idarə olunur. O da adını sadaladığımız başçının müavini Elnarə Əzizova ilə bağlıdır. İcra başçılarının loyal və himayədar münasibəti bu şöbədə KORRUPSİYA və RÜŞVƏTXORLUQ çiçəklənməsinə və daha geniş miqyas olmasına imkanlar yaratmışdır. Bu həm əvvəlki,həm də indiki İcra başçılarnın vaxtında baş vermişdir. Belə rüsvayçılıq və özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Düşünmək olardı ki,bundan sonra Yevlax rayon təhsil şöbəsində hər şey qaydasına düşər. Amma belə olmadı. İcra Başçısı dəyişsədə bu rüşfətxorluq dəyişmədi. Verilmiş fürsətdən maksimun istifadə edən Elnarə Əzizova KORRUPSİYA və RÜŞVƏTXORLUQDA zəngin təcrübə topladığından bu vəzifənin daha etibarlı idarə edir. Bəs nə yaxşı Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bir rayon rəhbəri olaraq bunlara göz yumub? Bəlkə bunun görünməyən tərəfləridə var? Mənim məqsədim bu məsələləri təftiş etmək deyil. Əsas fikrim odur ki, aradan müəyyən zaman keçsə də Rayon İcra Hakiyyətinin və onun başçısı Anar Tağıyevin fəaliyyətində heç bir dəyişiklik və yenilik yoxdur. Unutmaq olmaz ki, zaman, dövr dəyişilir. Dünən mənfur ermənilərin murdar ayaqları altında qalan müqqədəs torpaqlarımız minlərlə şəhidlərimizin canı hesabına azad olundu. Bu şəhidlər hansısa nazirin,yüksək vəzifəli şəxslərin,zəngin iş adamlarının övladları deyil,”belə işlər üçün büdcədə pul yoxdur.” cavabını alan və son ümidini itirən insanların uşaqlarıdır. Bu vətəndə,bu torpaq da onlarındır. Onları sevməyənlər bu vətəni, bu torpağı da sevə bilməzlər! Çünki onlar bu vətənə, bu torpağa özlərinin gəlir mənbəyi kimi baxırlar.Yüksək vəzifəli,rəhbər işdə olan bəzi şəxslərin nəfsi, tamahkirliyi, acgöz-lüyü çox böyük təhlükələr yaradır. Belə şəxslər bir ixtiyar sahibi kimi özləri nüfuzlarını itirib,daim gözükölgəli olurlar. Bunlar daha qorxulu olur. Belə vəzifə sahibləri yadelli düşmənlərdən daha qorxulu,daha amansız olurlar.Onlar insanların gözünə dik baxa bilmirlər. Biz Yevlax şəhər sakinləri olaraq ümid edirik ki, Siz Cənab Ali Baş Komandan bu qanunsuzluğu, rüşvətxor məmurlara laiqli cavab verəcəksiniz.
ALLAH Millətimizi, Xalqımızı,Vətənimizivə Cənab ali Baş Komandanımızı qorusun.
Hörmətlə Yevlax şəhərinin Ağsaqqalları.

RƏYLƏR