Yevlaxda maşın traktorla toqquşdu - Ər və arvad yaralandı

OXUNUB: 562 HADİSƏ

Yevlax rayonu ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaraməmmədli kəndi ərazisində "Opel" markalı avtomobilin traktorla toqquşması nəticəsində Mingəçevir şəhərindən olan 1967-ci il təvəllüdlü sürücü Əhmədov Məmməd və onun 1970-ci il təvəllüdlü həyat yoldaşı Əhmədova Tutu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

M.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR