Yük maşını körpüdən aşdı, minə yaxın ailə qazsız qaldı - FOTO

OXUNUB: 696 HADİSƏ

Mayın 8-də günorta saat 13:00 radələrində Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib. 

Bununla bağlı "Azəriqaz” İB məlumat yayıb.

Qəza zamanı ZİL markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 mm diametrində olan qaz xəttini də yararsız hala salıb. 

Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

 

RƏYLƏR