Yunanıstanda 12 yaşlı uşaq təcavüzə məruz qalıb

OXUNUB: 249 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yunanıstanda təcavüzə məruz qalaraq fahişəliyə məcbur edildiyi üzə çıxan və ötən ilin sonunda ölkənin gündəminə gələn 12 yaşlı qız evində bıçaqla hücuma məruz qalıb. Vəkili Aspasia Tarahopulu Yunanıstanın dövlət televiziyası ERT-ə açıqlamasında daha əvvəl 4-5 dəfə təhdid edilən 12 yaşlı qızla bağlı "Dünən kimsə onun evinə girməyə çalışıb və əlindəki bıçaqla ona xəsarət yetirib. " dedi. Uşağın yaşadığı evin pəncərəsinin bir neçə gün əvvəl daş atılaraq sındırıldığını bildirən Tarahopulu, "Acı olan odur ki, bu uşaq üçün heç bir müdafiə tədbiri görülməyib" dedi. Təhqiqatın psixoloqun dəstəyi ilə uşağın ifadələri əsasında davam etdiyini bildirən Tarahopulu, dosyedə kiçik qızın anası da daxil olmaqla 20 nəfərə qarşı ittihamlar irəli sürdüyünü qeyd edib.

7NEWS.az

RƏYLƏR