Yunanıstanda 57 nəfərin öldüyü qatar qəzası ilə bağlı hesabat dərc edilib

OXUNUB: 189 Özəl DÜNYA
Yunanıstanın Larisa şəhərinin Tembi bölgəsində fevralın 28-də baş verən qatar qəzası ilə bağlı hazırlanan hesabatda ölkədə dəmir yollarının modernləşdirilməsinin zəruri olduğu bildirilib. 

7NEWS.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin yaratdığı ekspert komissiyası 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzası ilə bağlı hesabat yayıb. Hesabatda ölkədə dəmir yollarının müasirləşdirilməsinin zəruriliyi vurğulanmaqla yanaşı, qəzanın insan səhvi, texnoloji avadanlıq çatışmazlığı və inzibati problemlər kimi amillərin birləşməsindən baş verdiyi bildirilib. 

228 səhifəlik hesabatda Yunanıstan Dəmir Yolları Təşkilatının (OSE), Dəmir Yolu Tənzimləmə Qurumunun və mühakimə olunan 59 yaşlı Larissa stansiyası rəisinin də məsuliyyət daşıdığı qeyd edilib. 

7NEWS.az

RƏYLƏR