Yunanıstanda seçkilər təxirə salına bilər

OXUNUB: 108 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yunanıstanda 57 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra seçkilərin təxirə salınması gündəmdədir. Yunanıstan mətbuatı baş nazir Kriakos Mitsotakisin ilk turu apreldə deyil, mayın 14-də və ya 21-də keçirməyi planlaşdırdığını yazıb. Belə olan halda seçkinin ikinci turunun iyulun 2-də keçiriləcəyi təxmin edilir.

Yunanıstan tarixində ən ölümcül qatar qəzasından günlər keçdi. İctimai qəzəb artır. Afina isə seçkilərə planlaşdırdığından bir ay gec getməyi planlaşdırır. Yunanıstan mətbuatı baş nazir Kriakos Mitsotakis hökumətinin seçkiləri aprel əvəzinə 14 və ya 21 mayda keçirməyi planlaşdırdığını yazıb. Belə olan halda ikinci turun iyulun 2-də keçiriləcəyi düşünülür.

7NEWS.az

RƏYLƏR