Yupiterin ətrafında 12 yeni peyk aşkar edildi

OXUNUB: 140 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Astronomlar Yupiter ətrafında 12 yeni peyk aşkar ediblər. Beləliklə, Günəş sisteminin ən böyük planeti ətrafında peyklərin sayı 92-yə yüksəlib.

Bu rəqəm Günəş sistemindəki hər hansı digər planetdən çoxdur. Əvvəllər 83 təsdiqlənmiş peyki ilə Saturn birinci yerdə idi.

Yeni kəşflərdən sonra Saturn ikinci yeri tutdu.

Kəşf edən komandadan biri, Karnegi İnstitutundan alim Skott Şeppard Yupiterin peyklərinin Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzi tərəfindən siyahıya əlavə edildiyini bildirib.

7NEWS.az

RƏYLƏR