Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Afrində "Zeytun budağı” əməliyyatına başlayan Azad Suriya Ordusu terrorçulardan təmizlənən kəndlərdən birində tutulan PYD/PKK üzvü olan silahlıya hümansit yanaşması ilə diqqət çəkib.
Susuzluqdan halsızlaşan və əl-üzü palçığa bulaşan terrorçuya Azad Suriya Ordusunun zabiti su verərək insanlıq dərsi nümayiş etdirib.
Əl-üzünü yuyandan sonra terrorçu qadın əsgərin verdiyi sudan içib. Hadisə ilə bağlı görüntü sosial mediada böyük marağa səbəb olub.