Zabratda dostunu öldürənə 19 il cəza

OXUNUB: 542 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Qasımovun (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

İcmal.Az-ın məlumatına görə, ötən il noyabrın 27-də 2-ci Zabrat qəsəbəsindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsindən aldığı ağır yara ilə Naxçıvan sakini Xəyal Məmmədov (1995-ci il təv.) çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq, o keçinib. Həmin gecə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zaur Qasımov saxlanılıb. 

Məlum olub ki, tanışlar arasında mübahisə qəsəbənin H.Aslanov küçəsində baş verib. Nəticədə Qasımov üzərindəki bıçaqla dostunun ürək nahiyəsindən bıçaqla bir zərbə endirib və hadisə yerindən qaçıb.

Şahidlərin sözlərinə görə, onların arasında hadisədən 10 gün əvvəl də internet-klubda mübahisə olub, lakin həmin vaxt onları ətrafda olan şəxslər ayırıblar. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

İcmal.Az

RƏYLƏR