Zakir Həsənov Gürcüstana səfər edəcək

OXUNUB: 713 SİYASƏT

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da Gürcüstana səfər edəcək.

İki gün davam edəcək səfər çərçivəsində Zakir Həsənov gürcü həmkarı Levan İzoria və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirəcək.

Bu görüşlərdə regional əməkdaşlıq, regional təhlükəsizlik, iki və üçtərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək./report

 

İcmal.Az

RƏYLƏR