"Cənab Prezidentin ADA-dakı mükəmməl nitqinin əsas tərkib hissələrindən biri heç şübhəsiz ki, xarici dövlətlərin ölkəmizdə zaman-zaman gerçəkləşdirmək istədiyi çeviriliş planları barədə söylədikləri idi.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Bəli. Biz uzun illər boyunca çox sadəlövh olmuşuq. Düşünmüşük, bəlli xətlər üzərindən vətəndaş cəmiyyətinə, partiyalara ayrılan pullar bəlkə həqiqətən də demokratiya, inkişaf, peşəkarlıq naminədir. Amma yox! Zaman göstərdi və sübut etdi ki, belə deyil və ölkəyə siyasi məqsədlərlə ötürülən nəinki hər dolların, hətta hər sentin belə üzərində missiya var, qara niyyət var, qorxunc məqsədlər var.” – deyə Partiya sədri fikirlərinə davam edib.