“Zaqatala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi” adlı layihə başa çatdı - FOTOLAR

OXUNUB: 433 Özəl QHT SOSİAL
Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi "Zaqatala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi” adlı layihə başa çatdı. 
Layihə Zaqatala rayonunda peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənclərə turizm sahəsində sahibkarlıq və biznes ideyalarının təhlil olunması üçün köməklik göstərdi. 
Əvvəlcə 26 sentyabr, 2022 - ci il tarixində Zaqatala rayonunda 30 gənc arasında biznes nədir və gələcəkdə iş quracaqları sahəyə dair sorğular keçirildi və rəyləri alındı. Sorğular nəticəsində gənclər bzines qurmağa, xidmət göstərməyə, məhsullarının brendini yaratmağa çox həvəslidirlər. Bunun üçün, 10 -11 oktyabr 2022-ci il tarixlərində sosial sahibkarlıq sahəsində öz biznesini quran təlimçi Sara Rəcəbli «biznes nədir?» təqdimatını və brendini yarat sahəsində təlim keçirildi. Təlimdə gənclər fəal iştirak etdilər, həmçinin quracaqları kiçik biznesin sahəvi olaraq büdcəsini də hazırladılar. Gələcəkdə bizneslərinə lazım olan maliyyəni necə idarə edəcəklərinidə öyrəndilər. Təlimin sonunda gəncləri maraqlandıran sahələri üzrə həvəsləndirici ləvazimatlarda paylanıldı.  
2 ay müddətində keçirilən layihədə Zaqatala Peşə Məktəbinin 30 nəfər təhsil alan və məzun olmuş tələbələri iştirak etdilər və təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu. 
Layihə Zaqatala rayonunda həyata keçirildi.





RƏYLƏR