Zaqatala sakini itkin düşüb

OXUNUB: 453 HADİSƏ

Zaqatalada 36 yaşlı kişi itkin düşüb.

FHN-dən İcmal.Az-a bildiriblər ki, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlu 21 iyul 2018-ci il tarixində Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Q.İbrahimovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17” helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

İcmal.Az

RƏYLƏR